Mütəxəssislər son günlər xüsusilə körpələr və azyaşlı uşaqlar arasında sürətlə yayılan təhlükəli infeksiyaya qarşı xəbərdarlıq edib.
Bakıvaxtı.az xəbər verir ki, ilk mərhələdə adi qripə bənzəyən xəstəlik qısa müddətdə ağırlaşaraq həyati risk yarada bilir.
Həkimlərin sözlərinə görə, xəstəlik yüksək hərarət, halsızlıq, öskürək və nəfəs darlığı ilə başlayır. Lakin bəzi hallarda virus saatlar ərzində ağciyərlərə və digər orqanlara təsir edərək ağır vəziyyət yaradır. Xüsusilə immun sistemi zəif olan körpələr risk qrupunda hesab olunur.
Mütəxəssislər bildirirlər ki, hantavirus əsasən gəmiricilərdən insanlara keçir. Virus yoluxmuş siçan və digər gəmiricilərin sidik, nəcis və tüpürcək qalıqları ilə təmas zamanı yayıla bilər. İnsanlar çox vaxt virusun havaya qarışan hissəciklərini nəfəs yolu ilə qəbul etdikdə yoluxurlar.
Araşdırmalara görə, uşaqlarda hantavirus halları nadir görülsə də, ağır keçdiyi zaman ölüm riski yüksək ola bilir. Xüsusilə bəzi virus növlərinin ağciyər və böyrək çatışmazlığına səbəb olduğu bildirilir.
Həkimlər valideynlərə ev və anbar kimi qapalı məkanlarda gigiyenaya diqqət etməyi, gəmirici izləri görünən yerlərdə ehtiyatlı olmağı və uşaqlarda yüksək hərarət və nəfəs problemi yaranarsa dərhal həkimə müraciət etməyi tövsiyə edirlər.
Bakı 




