q
  • Bakı 20° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Azərbaycanda qaz bahalaşa bilər? - NK qərarı...

SİYASƏT

13 May 2026 | 14:54

Azərbaycanda qaz bahalaşa bilər? - NK qərarı...

Nazirlər Kabineti iri istehlakçılar üçün illik qaz sərfiyyatının yuxarı həddini (300 milyon kubmetr və daha artıq) müəyyən edən yeni qərar qəbul edib. Bu qərarın gələcəkdə qaz qiymətlərinə və ümumi iqtisadiyyata necə təsir edəcəyi maraq doğurur.

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com-un suallarını iqtisadçı, Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov cavablandırıb.

Asif İbrahimov bildirib ki, qərar hazırda texniki xarakter daşısa da, əslində daha böyük iqtisadi dəyişikliklərin anonsudur:

“İri həcmli istehlakçıların ayrılması ilə bağlı bu qərar indi texniki görünsə də, mən düşünürəm ki, bu, gələcəkdə tarif siyasətində ediləcək dəyişikliklərin göstəricisidir. Adətən hökumətlər qiymət differensiasiyasını (fərqləndirilməsini) həyata keçirərkən, ilk növbədə istifadəçiləri seqmentlərə bölməyə çalışırlar. Bu seqmentasiya başa çatdıqdan sonra isə tarif siyasətinə yenidən baxılmağa başlanılır”.

Ekspert vurğulayıb ki, 300 milyon kubmetrdən çox qaz istehlak edən subyektlər dövlət büdcəsi üçün əlavə subsidiya yükü yaradırdı:

“İri həcmli istehlakçılar tərəfindən istifadə olunan qazın tənzimlənməsi daxili subsidiyaların yükünü azaltmaq məqsədi daşıyır. Bu qədər böyük həcmdə qazı ev təsərrüfatları deyil, məhz iri sənaye və istehsal müəssisələri istifadə edir”.

İqtisadçı əlavə edib ki, əgər gələcəkdə bu seqment üçün qiymətlər artırılarsa, bu, birbaşa məhsul və xidmətlərin maya dəyərinə təsir edəcək və ölkədə inflyasiya təzyiqi yarada bilər.

Yekun olaraq A. İbrahimov qeyd edib ki, bu qərar sadəcə rəqəmlərin müəyyənləşməsi deyil, yaxın gələcəkdə tariflərin yenidən formalaşdırılması üçün hazırlanmış hüquqi və texniki bazadır.


SON XƏBƏRLƏR

12 May 2026