ABŞ dövlət katibi Marko Rubio Çinə gedərkən keçmiş Venesuela prezidenti Nikolas Maduronun qaçırılmasından sonra geyindiyi paltardan geyinib.
Bakıvaxtı.az xəbər verir ki, onun fotosu Ağ Evin Kommunikasiya direktoru Stiven Çeunq tərəfindən X-də paylaşıb.
Şəkildə ABŞ dövlət katibi prezident təyyarəsində boz idman geyimindədir.
Qeyd edək ki, yanvar ayında Venesuela prezidenti Nikolas Maduronun həbsi zamanı geyindiyi Nike Tech Fleece idman kostyumunun satışı onun şəklinin dərc olunmasından sonra kəskin şəkildə artıb. Kostyumun qiyməti hərraclarda və ixtisaslaşmış məkanlarda adi 180 dollardan 500-1000 dollara qədər bahalaşıb.
Maraqlıdır ki, bundan əvvəl Çinin sanksiya siyahısına saldığı Rubionun Pekinə səfər etməyəcəyinə dair məlumatlar yayılmışdı.
Bakı 





