• Bakı 21° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Dərnəgüldən rayonlara getmək mümkün olacaq

CƏMİYYƏT

13 May 2026 | 09:51 | Müəllif: Əli Hüseynov

Dərnəgüldən rayonlara getmək mümkün olacaq

İyunun 6-dan etibarən sərnişinlər Dərnəgül dayanacağından qatarla birbaşa bölgələrə səfər edə biləcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, ADY-nin yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından aşağıdakı marşrutlar üzrə reyslər həyata keçiriləcək:

- Bakı-Qazax-Bakı

- Bakı-Ağstafa-Bakı (əlavə reyslər)

- Bakı-Balakən-Bakı

- Bakı-Qəbələ-Bakı

Qeyd olunub ki, sərnişinlər biletləri artıq ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026