q
  • Bakı 25° C

    3.41 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Ay boz deyil?

CƏMİYYƏT

13 May 2026 | 09:18

Ay boz deyil?

NASA-nın “Artemis 2” missiyasında iştirak edən astronavtların Ayla bağlı açıqlamaları elm dünyasında yeni müzakirələrə səbəb olub.

Bakıvaxtı.az-ın xəbərinə görə, Ayın uzaq tərəfini yaxından müşahidə edən heyət Yerə qayıtdıqdan sonra bildirib ki, Ay səthi düşünüldüyü kimi tamamilə boz deyil.

Astronavtlar müxtəlif bölgələrdə qəhvəyi və yaşıl tonlar gördüklərini açıqlayıblar.

Bldirilir ki, xüsusilə Aristarx Yaylası ətrafında müşahidə edilən yaşıl rənglər olivin və piroksen kimi minerallarla əlaqəli ola bilər. Bu minerallar Ayın daxilindəki qədim maqma prosesləri haqqında mühüm məlumatlar verə bilər.

NASA alimləri qeyd edirlər ki, insan gözünün rəng və parlaqlıq fərqlərini canlı şəkildə müşahidə etməsi robot cihazların topladığı məlumatlardan daha fərqli və dəyərli nəticələr ortaya çıxara bilir.

Alimlər hesab edirlər ki, Ay səthindəki rəng müxtəlifliyi yalnız vizual maraq doğurmur, həm də Günəş sisteminin və Yer kürəsinin formalaşma tarixini anlamaq üçün mühüm detallar təqdim edir.


SON XƏBƏRLƏR

12 May 2026