• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİB

CƏMİYYƏT

13 May 2026 | 14:00 | Müəllif: Qalib İbrahimoğlu

Şükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİB

Cəbrayıl rayonunun Şükürbəyli kəndində köçürülən sakinlərə evlərinin açarları təqdim olunub.

Bakıvaxtı.az-ın xəbərinə görə, növbəti köç karvanı ilə kəndə çatan ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşları tərəfindən mina təhlükəsi ilə bağlı məlumat verilib, təhlükəsizlik qaydaları izah olunub.

    Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

    Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 97 ailə, ümumilikdə 419 nəfər köçürülüb.

    ***

    13:29

    Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb.

    Bakıvaxtı.az xəbər verir ki, kəndə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

    Bu mərhələdə Şükürbəyli kəndinə 97 ailə (419 nəfər) köçürülüb.

    ***

    08:39

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

    Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Zəngilan şəhərinə 59 ailə - 235 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 97 ailə - 419 nəfər köçürülüb.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

    Qeyd edək ki, Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


    Şükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİBŞükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİBŞükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİBŞükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİBŞükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİBŞükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİBŞükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİBŞükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİBŞükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİBŞükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİBŞükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİBŞükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİBŞükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİBŞükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİBŞükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİBŞükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİBŞükürbəyli sakinlərinə açarlar verildi - YENİLƏNİB
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR