• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Akif İslamzadə jurnalistə HÖRMƏTSİZLİK ETDİ

ŞOU

13 May 2026 | 15:22 | Müəllif: Əli Hüseynov

Akif İslamzadə jurnalistə HÖRMƏTSİZLİK ETDİ

"Xalq artisti Akif İslamzadənin müalicəsi davam edir".

Bu məlumatı Bakıvaxtı.az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib.

"Xəstənin səhhəti stabildir. Müalicəsində müsbət dinamika müşahidə olunur. Müalicə fonunda xəstənin vəziyyəti stabildir. Əgər xəstənin vəziyyətində müsbət dinamika müşahidə edilərsə, evə buraxılması planlaşdırılır", - deyə T. Sadıqov bildirib.

Bakıvaxtı.az bildirir ki, oxu.az Akif İslamzadənin özü ilə əlaqə yaratmağa çalışıb. Telefonu açan Xalq artisti jurnalistin özünü təqdim etməsinə "Nə edək? Çırtma çalıb oynayaq?" cavabını verib. O, "Necəsiniz?" sualına "Çox sağ olun, zəhmət çəkib zəng etmisiniz" deyib və telefonu qapayıb.

Xatırladaq ki, 77 yaşlı Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026