• Bakı 22° C

    8.14 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

NOW TV və Kanal D cəzalandırıldı

ŞOU

11 Iyun 2026 | 16:42

NOW TV və Kanal D cəzalandırıldı

Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) ölkədə yayımlanan bir çox kanalı cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, cəzalandırılan kanallar arasında NOW TV və Kanal D də yer alıb.

"Halef: Köklerin Çağrısı" serialındakı şiddət səhnələrinə görə NOW TV-yə 1 faiz inzibati cərimə tətbiq edilib. Eyni zamanda "Daha 17" adlı ekran işindəki səhnələr uşaqların və gənclərin inkişafına zərərli hesab olunub və Kanal D cərimələnib.

Qeyd edək ki, "Daha 17" serialında Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə rol alır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR