Bu il bəzi bürclərin eşq həyatında durğunluq yaşanacağı iddia olunur. Astroloqların fikrincə, bu il müəyyən bürclər münasibətlərdə ciddi addım atmaqdan qaçacaq, hətta “evdə qalmaq”, yəni evlənməmək ehtimalı ilə gündəmə gələcək.
Bakıvaxtı.az xəbər verir ki, siyahının başında Dolça bürcü gəlir.
Azadlığına həddindən artıq bağlı olan Dolçalar 2026-da münasibətlərdə məsafə saxlaya bilər. Onlar üçün şəxsi rahatlıq və sərbəst həyat ailə qurmaqdan daha vacib görünəcək.
Əkizlər bürcü də qərarsızlığı ilə diqqət çəkəcək. Bu il hisslərində tez-tez dəyişiklik yaşayan Əkizlər ciddi münasibətlərdən yayınmağa meylli ola bilərlər. Astroloqlar deyir ki, onlar “tam əmin olmadan” evlilik qərarı verməyəcək.
Oxatan bürcləri isə macəra və yenilik axtarışını davam etdirəcək. Səyahət, karyera və şəxsi inkişaf planları onların eşq həyatını ikinci plana ata bilər. Buna görə də 2026-da bir çox Oxatanın subay qalacağı ehtimal edilir.
Qız bürcləri üçün də münasibətlərdə yüksək gözləntilər problem yarada bilər. Hər şeyi ideal görmək istəyən Qızlar qarşı tərəfdə kiçik uyğunsuzluqları belə böyüdə bilər. Bu səbəbdən ciddi münasibətlər gecikə bilər.
Astrologiyada qeyd olunur ki, 2026 bəzi bürclər üçün “özünü tanıma ili” olacaq. Bu səbəbdən hər kəsin həyatında toy xəbəri eşidilməyə bilər.
Aynur Babazadə
Bakı 




