q
  • Bakı 22° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Məşhur türk müğənni vəfat etdi - FOTO

CƏMİYYƏT

13 May 2026 | 17:40

Məşhur türk müğənni vəfat etdi - FOTO

Türk sənət musiqisinin tanınmış ifaçılarından olan Banu Kalender vəfat edib.

Bakıvaxtı.az nocomment.az-a istinadla xəbər verir ki, müğənninin bir müddətdir xərçəng xəstəliyi ilə mübarizə apardığı və onkologiya şöbəsində müalicə aldığı bildirilib.

Məlumata görə, aprelin 26-da evində qəfil halı pisləşən sənətçi müayinə üçün aparıldığı xəstəxanada bu gün həyatını itirib.

Qeyd edək ki, mərhum sənətçi məşhur müğənni Adnan Şensesin mənəvi qızı kimi də tanınırdı.

Banu Kalenderin bir neçə gün əvvəl Kartalda yerləşən ailə qəbiristanlığında atasının yanında sakit şəkildə dəfn olunduğu öyrənilib.


SON XƏBƏRLƏR