Arçut (Ardıc) kəndi və onun yerləşdiyi bölgə, əyalət, region haqqında maraqlı məlumatlar silsiləsidən
Arçutun (Ardıcın) tarixi, ictimai-sosial vəziyyəti haqqında bəzi faktlar
İkinci yazı
Arçut (Ardıc) kəndi haqqında tarixdə maraqlı faktlar əks olunub. Kənd uzun əsrlər boyu, tarixin müxtəlif dövrlərində ayrı-ayrı adlarla ifadə olunan inzibati və siyasi qurumların (burada dövlətlər nəzərdə tutulur) tərkibində qərarlaşıb. Kənd bu gün də öz mövcudluğunu qoruyub saxlayır.
XX əsrin sonlarına nəzər salsaq, qeyd etmək yerinə düşər ki, 1995-ci ilin 7 noyabr tarixində Ermənistan Respublikasında inzibati ərazi bölgüsü haqqında qanun qəbul olunub. Həmin qanunun birinci maddəsinə əsasən, respublikanın inzibati-ərazi vahidləri bölgələr (regionlar) və icmalardan ibarətdir. Arçut kəndinin yerləşdiyi Lori bölgəsi on regional subyektdən biridir. On birinci subyekt İrəvan şəhəridir. Arçut kəndi Lori bölgəsinin “Pəmbək icması”nın tərkibində olan yaşayış məskənidir. Qanunda bu şəkildə öz əksini tapır.
Arçut kəndi 18-ci ərsin ortalarından hal-hazıra qədər ardıcıl şəkildə yarımmüstəqil Pəmbək sultanlığının, İrəvan xanlığının, Gürcüstanın, Pəmbək-Şorayel nahiyyəsinin, nahiyyənin əsasında meydana gələn, Gümrü kəndi mərkəz olmaqla mövcud olmuş Aleksandropol qəzasının, Rusiya imperiyasının Tiflis və Tiflis-İmereti quberniyasının Aleksandropol qəzasının və İrəvan quberniyasının Aleksandropol qəzasının, Ermənistan Sovet hökumətinin Pəmbək-Lori qəzasının və Ermənistan SSRİ-nin Qarakilsə rayonunun, Kirovakan və Quqark rayonlarının, bir müddət isə Spitak rayonunun tərkibində qərarlaşmışdır.
Kənd 1920-ci illərdə, Ermənistanda Sovet hökuməti qurulan zaman ərazi inzibati bölgü olan Lori-Pəmbək qəzasının (Aleksandropoldan ayrılan qəza) tərkibində olub. 1926-cı ilin siyahıyaalınmasına görə, Lori-Pəmbək qəzasının əhalisi ilkin rəqəmlərdə 114.179 nəfər təşkil edib. Onlardan 57.465 nəfəri kişi, 56.724 nəfəri isə qadınlardan ibarət olub. Bax.По Уездам Армении. «Заря Востока». Тифлис Воскресенье. 9 января 1927 г.
XX əsrdə bölgənin əhalisi sürətlə artmağa başlayıb. Məsələn, 1926-cı ilin siyahıyaalınması zamanı, Pəmbək –Lori qəzasının inzibati baxımdan əraziləri -qavarakları (qeyd: Qavarak ermənicə yarımqəzalar, yarı vilayətlər deməkdir) bunlardan ibarət idi: Allahverdi, Hamamlı, Vorontsovka, Dsex, Qarakilisə və Stepanavan. Qarakilsədə 15 ədəd kənd sovetliyi, 48 ədəd yaşayış yeri (məskəni), əhalisi 10 nəfərdən az olan 16 yaşayış məskəni, 3570 təsərrüfat və 18404 nəfər əhali yaşayıb. Qəza üzrə əhalinin yekun sayı 124.508 nəfər təşkil edib. Bax.Kənd sovetlərinin sayını, yaşayış yerlərini, kənd yerlərində təsərrüfatları və şəhərlərdə əhalinin siyahıyaalınmasını da qeyd etməklə, qavaraklarda əhalinin mövcudluğunu əks etdirən cədvəl. Центральное Статистическое Управление СССР. Отдел переписи. Всесоюзная перепись населения 1926 года. Том 14. Закавказская Социалистическая федеративная Советская Республика. Народность-Родной Язык-Возраст –Грамотность. 1929. Издание ЦСУ Союза ССР-Москва.
Virtual Qərbi Azərbaycan portalı kəndin əhalisinin XIX-X əsrlərdə artan dinamikasını bu şəkildə verir: 1831-ci ildə kənddə 137 nəfər, 1873-cü ildə 357 nəfər, 1886-cı ildə 477 nəfər, 1897-ci ildə 574 nəfər, 1914-cü ildə 759 nəfər sakin olub. Əhali azərbaycanlılardan ibarət olmuşdur. Portal məlumat verir ki, 1922-ci ildə kənddə 697 nəfər, 1926-cı ildə 823 nəfər, 1931-ci ildə 886 nəfər, 1939-cu ildə 1052 nəfər, 1959-cu ildə 1295 nəfər, 1970-ci ildə 2009-nəfər, 1979-cu ildə 2172 nəfər əhali yaşamışdır. Bax. Арджут. Виртуальный Западный Азербайджан. www.qerbiazerbaycan com.
City-facts saytı kənd haqqında məlumatları bir qədər fərqli təqdim edir. Məslən, 1975-ci ildə əhali sayını 1074 nəfər göstərir. Sayt 1975-2015-ci illər arasında əhalinin dinamikasını bu şəkildə əks etdirir: 1975-ci ildə əhali-1074 nəfər, 1990-da 1162 nəfər, 2000-ci ildə 877 nəfər, 2015-ci ildə isə 668 nəfər. 2000-ci ildən 2015-ci ilə qədər olan müddətə 23.8 faiz azalma mövcuddur. Sayt kəndin ərazisini 2.041 kv.km. göstərir. Bax. Арджут, Армения. Ru.city-facts.com
Datacommons.org saytı da əhali sayını qeyd edir. 2011-ci ilin məlumatına görə, əhali sayı 990 nəfərdən ibarət olmuşdur. Bax. Арчут.datacommons.org
Dic.academic.ru saytı məlumat verir ki, 2008-ci ildə kənddə 1432 nəfər əhali yaşamışdır. Арчут (село). Академик.Словари и энциклопедии на Академике. dic.academic.ru
İndi isə XIX əsrə ekskursiya edək. Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Mamedova (Süleymanova) E. öz məqaləsində yazır ki, Pəmbək sultanlığı XVIII əsrin ikinci yarısında tarixi Azərbaycan torpaqlarında formalaşmış mühüm sultanlıqlardan biri idi. Sultanlıq Pəmbək çayı hövzəsində yerləşirdi. XVI-XVIII əsrlərdə bu tarixi-coğrafi əyalət Səfəvilər dövlətinin tərkibində idi və Çuxursaad bəylərbəyliyinin kiçik inzibati dairəsi-mahalı idi. Sultanlıq məhz XVIII əsrin ikinci yarısında Pəmbək çayı hövzəsində yaranır. Feodal iyerarxiyasında Pəmbək idarəçiləri “sultan” titulunu daşıyırdılar və İrəvan xanlarına tabe idilər. Sultanlığın mərkəzi Qarakilsə idi. Məqalə müəllifi Pəmbək adını pambıq sözü ilə əlaqələndirir. История Памбакского султаната. Мамедова (Сулейманова) Э. www.cyberleninka.ru. Məqalə müəllifi onu da qeyd edir ki, sultanlıq daxilində sosial-iqtisadi, maliyyə və hərbi məsələlərin həllində Pəmbək sultanı böyük səlahiyyətə malik idi. Sultan öz ərazisində hərbi dəstə də saxlaya bilərdi. Pəmbək sultanının atlı dəstəsi maldarlıqla məşğul olan elat maldarlarından ibarət idi və İrəvan xanı Məhəmmədhüseyn xanın atlı dəstəsinin mühüm tərkibini təşkil edirdi. Belə bir fikir də mövcuddur ki, Pəmbək sultanlığı Ağa Məhəmməd Şah Qacarın fərmanı ilə İravan xanlığının tabeliyinə verilibmiş. История Памбакского султаната. Мамедова (Сулейманова) Э. www.cyberleninka.ru.
-Robert Ker Porterin 1821-ci ildə Londonda nəşr olunan “Travels. Georgia, Persia, Armenia, Ancient Babylonia. Diring the years 1817, 1818, 1819, and 1820. In two volumes. Vol. I” adlanan əsərində Pəmbəyin, Qarakilsənin və Gümrünün də adı qeyd olunur. Bölgələr, yaşayış məskənləri təsvir edilir.
-1801-сi ilin iyun ayında İ.P.Lazarev K.F. Knorrinqə Pəmbəyə yürüşə başladığı barədə raport yazaraq məruzə edirdi. Məruzədə qeyd edilirdi ki, Lazarevin 26 iyun 1801-ci il tarixli 338 saylı məruzəsində qeyd olunurdu ki, qoşun yürüşə başlamış və Pəmbəyə doğru yürüş edir. 1801 г.июня 30.-Рапорт И.П. Лазарева К.Ф. Кноррингу о выступлении в поход к Памбаку. Ген.-м.Лазарев. №341-й. Июня 30-го дня.1801-го года.б.г.Тифлиз. ЦГИА Груз.ССР, ф.2. 1801-г. (июнь), д.5,лл.59-59 об. Подлиннк. www.vostlit.info
Qeyd: İvan Petroviç Lazarev (1763-1803) rus general-mayoru olmuşdur və Qafqazı ilk istila edənlərdən biri idi.
Karl Fyodoroviç Knorrinq (22 may 1746-12 fevral 1820) XVIII əsrin ikinci yarısında və XIX əsrin əvvəllərində Rusiyanın hərbi və dövlət xadimi olmuşdur. 1799-cu ilin mart ayının 2-dən etibarən Qafqaz diviziyasının ( müfəttişliyinin) rəisi olmuşdur. 1803-cü ilə qədər Gürcüstanı və Həştərxan quberniyasını idarə etmişdir.
-1801-сi ilin iyun ayında Minasas Məhəmməd ağa sarvanski İ.P. Lazarevə Pəmbək əhalisinin İrəvan xanlığına gedişi barədə və Kəlbəli xanın niyyətləri haqqında məlumat verirdi. General Lazarevə bildirirdi ki, Pəmbək ağalarına öz tərəfindən göndərilən iki nəfər belə bir məlumat gətirirdi ki, Pəmbək sakinləri eşidəndə ki, Rusiya qoşunları Tiflisdən Pəmbəyə doğru hərəkət edir, öz yerlərindən tərpənərək İrəvan xanlığına doğru istiqamətlənmişlər. Kəlbəli xana hədiyyə olaraq iki baş at aparmışlar. İkinci məlumatım ondan ibarətdir ki, Kəlbəli xan ordu toplayıb, lakin hansı səbəbdən məlum deyil. 1801 г.июнь.- Сведения от Минасаса Магмет аги сарванского И.П. Лазареву об уходе памбакских жителей в ереванское ханство и о намерениях Келбалы хана. ЦГИА Груз.ССР, ф.2. 1801-г. (июнь), д.5,л.63. Копия. www.vostlit.info
Qeyd: Kəlbəli xan Kəngərli 25 il müddətində, 1820-ci ilə qədər fasilələrlə Naxçıvan xanlığını idarə etmişdir. 1820-ci ildə vəfat etmişdir.
-10 iyun 1801-ci ildə İ.P. Lazarev K.F. Knorinqə Pəmbək əyalətindən gələn müxtəlif məlumatlar barədə raport verərək qeyd edirdi: Mən dünənki tarixdə Pəmbəkdən gələn kəndli vasitəsilə məlumat əldə etdim ki, Pəmbəyin tatar rəhbərləri bəzi hədiyyələr toplayaraq İrəvan xanı Məhmət xanın yanına getmişlər. Hansı niyyətlə getmişlər məlum deyil. İndi söhbətlər, şayiələr gəzir ki, guya onlar İrəvan xanı tərəfindən həbsə alınmışlar.... General-mayor Lazarev. №323м. Июня 10 дня 1801 года. Благополучный город. Тифлиз. 1801 г.июня 10.-Рапорт И.П.Лазарева К.Ф. Кноррингу с разными сведениями из памбакской провинции. ЦГИА Груз.ССР, ф.2. 1801-г., д.5,л.60. Подлинник. www.vostlit.info
-1801-сi ilin iyul ayının 26-da İ.P. Lazarev Pəmbək ağalarına onların əvvəlki vəziyyətlərinə qayıtması barədə məktub yazırdı. Məktubda qeyd olunurdu: Şərəfli Pəmbək ağaları, iyun ayının 10-da sizlərə məktub yazdım ki, siz haqq yoluna qayıdasınız və əyanlarınızla birlikdə yanıma düşərgəyə gələsiniz. Sizin bəzi yoldaşlarınız yerinə yetirdilər və yanıma gəldilər. Bağışlanıldılar və indi sakit vəziyyətdədirlər. Hələ indiyə kimi sizi görməyəndə peşmançılıq hissi keçirdirəm və axırıncı dəfə sizdən tələb edirəm ki, yanıma gələsiniz. Əgər tələbimi yerinə yetirməsəniz, onda sizləri həqiqət yoluna qaytarmaq üçün qalib ordudan istifadə edəcəm. Onda artıq siz peşman olacaqsınız. Mənim tələbimi yerinə yetirmək ümidi ilə sizləri xoş gördük!» 1801 г.июля 26.-Письмо И.П.Лазарева памбакским агаларом об их возвращении на прежние места. ЦГИА Груз.ССР, ф.2. 1801-г., д.5,л.100. Копия. Акты, т.1. стр.599, док. №803. www.vostlit.info
-18 yanvar 1801-ci ildə İmperator I Pavelin Manifesti ilə Gürcüstan Rusiya imperiyasına birləşdirildi. (Кавказский Календарь на 1870 год.25-й год. Автор: Роборовский Петр Никандрович. Издательство –Канцелярия Кавказского Наместника. Тифлись 1869. Səh.77. www.prilib.ru
-1801-ci ilin mart ayının 5-də İdarəetmə Senatının Əmri ilə Gürcüstan Rusiya quberniyasına çevrildi. Кавказский Календарь на 1870 год.25-й год. Автор: Роборовский Петр Никандрович. Издательство –Канцелярия Кавказского Наместника. Тифлись 1869. Səh.77. www.prilib.ru
-1801-ci il sentyabr ayının 12-də Gürcüstan Ali Hakimiyyətinin təsis olunması və General-leytenant Knorrinqin Gürcüstanda 2-ci Ali Baş Komandan və qubernator təyin olunması barədə İ Aleksandrın Manifesti verildi. Gürcüstan beş qəzaya bölündü: üç ədədi Kartalinidə- Qori, Lori və Duşet; ikisi isə Kaxetiyada-Telavi və Siqnax. Qəza məhkəmələri təsis olundu və hər bir qəzada polis sahələri formalaşdırıldı. Кавказский Календарь на 1870 год.25-й год. Автор: Роборовский Петр Никандрович. Издательство –Канцелярия Кавказского Наместника. Тифлись 1869. Səh.77. www.prilib.ru
-1802-ci ilin iyun ayında İrəvan xanı Məhəmməd K.F. Knorrinqə məktub yazaraq müttəfiqlik və dostluq qurulmasını təklif edib. 1802 г. Июнь.-Письмо ереванского Мегмет хана К.Ф. Кноррингу с предложением установить союз и дружбу. ЦГИА Груз.ССР, ф.2. 1801-г., д.28,л.109. Перевод. www.vostlit.info
-1805-сi ilin mart ayının 14-də P.D. Nesvetayev P.D. Sisianova Pəmbək əhalisinin Qarsdan öz əvvəlki yaşayış yerlərinə qayıtması barədə məruzə edib. (1805 г. Марта 14.-Рапорт П.Д. Несветаева П.Д. Цицианову о переседении памбакских жителей из Карса на прежние места их жительства.ЦГИА Груз.ССР, ф.2. 1805-г., д.89,л. 243-243 об. Подлинник. www.vostlit.info
Qeyd: Nesvetayev Pyotr Daniloviç Qafqazın qəhrəmanı olub və 17 iyun 1808-ci ildə Qarakilsədə ölüb.
-1803-cü ildə Pəmbək ağaları Naibəy, Rəhim bəy, Abdulla ağa və Vəliyevdən məlumat verilirdi ki, Pəmbək bölgəsində yerləşən, məskunlaşan ermənilər, hansılar ki, Qarsdan, yaxud da digər yerlərdən köçənlərdir, hamısı özlərini səylə aparıblar və andlarına möhkəm əməl ediblər. Lakin indi onlara məlumat çatdı ki, işçilər öz sənayelərindən çox şeylər tələb edirlər ki, Misxana zavod fəhlələrinə əvvəlcə vermədikləri şeylər üzrə geri çəkilsinlər. Bunu yazılı şəkildə sizə bəyan edirik ki, hərçənd şifahi tapşırığı Səid bəydən və Amadaqadan ala biləcəksiniz. 1803 г.-Донесение памбакских агаларов об армянах, выходцах из Карса. ЦГИА Груз.ССР, ф.2. 1803-г., д.48,л.236. Копия. www.vostlit.info
-Pəmbək Sultanlığı 1804-cü ilə qədər mövcud olub. История Памбакского султаната. Мамедова (Сулейманова) Э. www.cyberleninka.ru;
-Pəmbək sultanlığının ərazisinə ilk dəfə olaraq 1804-cü ilin yazında iki min nəfər erməni köçürülür;
-1804-cü ildə Pəmbək sultanlığında Rusiyaya qarşı qiyam qaldırılır və sultanlığın ağalarından Rəhim bəy və Səid bəy Qars paşalığına qaçırlar.
-1805-ci ilin mart ayının 13-də Pəmbəyin idarəçisi (gürcü dilində mourava) A.Beburov P.D. Nesvetayevə müraciət edirdi ki, dağlıq ərazilərin əhalisini Hamamlı kəndinə köçürməsin, ona görə ki, Hamamlının sakinləri tezliklə Qarsdan qayıdacaqlar. 1805 г.марта 13.-Прошение памбакского моурава А. Бебурова П.Д. Несветаеву о непереселения жителей горных деревень в селение Амамлу ввиду скорого возвращения жителей селения Амамлу из Карса. ЦГИА Груз.ССР, ф.2. 1805-г., д.89, л.245. Подлинник. www.vostlit.info
-1805-сi il mart ayının 13-də Pəmbək nahiyyəsinin 14 kəndinin sakinləri P.D. Sisianova müraciət edirdilər ki, mourava A.Beburovu onların yanında qoysun. 1805 г.марта 13.-Прошение жителей 14 селенийй памбакской дистанции П.Д. Цицианову об оставлении у них моуравам А.Бебурова. ЦГИА Груз.ССР, ф.2. 1805-г., д.89, л.247. Подлинник. www.vostlit.info
-“Qara mayor” ləqəbli İosif Antonoviç Montrezorun abidəsi Saral kəndinin yaxınlığında, Arçut kəndi ilə aralığında yerləşir. Qeyd: ensiklopedik məlumata görə, İ.A. Montrezor 1767-ci ildə dünyaya gəlib. 21 avqust 1804-cü ildə Pəmbək çökəkliyində (dərəsində) dünyasını dəyişib. O, Rusiya ordusunun İrəvan xanlığına birinci yürüşündə iştirak edib. Abidəsi ucaldılıb. 1827-ci ilin oktyabr ayının 27-də bölgədə baş verən zəlzələ nəticəsində abidəsi uçüb. Yenidən abidə qoyulub. Həmin abidə 1918-ci ilə qədər mövcud olub. 1850-ci ildə abidəsində yazısı olan mərmər lövhə qoyulub. Lövhə üzərindəki məlumata əsasən, Tiflis quru qoşunlarının mayoru 110 nəfərin iştirakı ilə İrəvandakı qoşunlara ehtiyat kömək üçün gedib. Pir-Qulu xanın altı minlik ordusu ilə üzləşib və döyüşdə öz komandası ilə birlikdə məğlub olub. 1978-ci ildə Ermənistanın Rusiyaya birləşdirilməsinin 150 illiyi münasibətilə yenidən heykəl ucaldılıb.
-Arçut kəndi 1830-cu ildə Rusiya imperiyasının Gürcüstan quberniyasının Pəmbək (Pəmbək- Şorayel) distansiyasının tərkibinə daxil olub. 1849-cu ildən isə İrəvan quberniyasının tərkibi olub. Kənd digər kəndlərdə olduğu kimi yerli səviyyədə kəndxuda, yaxud yüzbaşı tərəfindən idarə olunub. Bu idarəçilər yerli məşhurlar və yaxud da hörmətli sakinlərin arasından seçilib.
- 1827-ci il oktyabr ayının 8-də İndiki Ermənistan Respublikasının “Dərəçiçək” (“Çaxkadzor”) adlanan rayonunda, Aparan bölgəsində güclü, dağıdıcı zəlzələ baş verib. Zəlzələnin episentri Arçut kəndi yaxınlığında qeyd olunub. İntensivlik 7 bal, maqnitud təxminən 4,8 qiymətləndirilir. Bu zəlzələ həm də “Arçut zəlzələsi” kimi qeyd olunur. Zəlzələdə kənd tamamilə dağılmış və çoxlu sayda insanlar tələf olmuşdur. Böyük Qarakilsəyə də zərbə dəymişdir. Göyçə gölü bölgəsinə ciddi zərər dəymişdir. Elmi araşdırmaya əsasən, “Dərəçiçək zəlzələsi”nin episentri Böyük Qarakilsə və Arçut yaxınlığı olmuşdur. Zəlzələnin baş vermə tarixi gecə saat 12.35 hesab olunur. Belə qeyd edilir ki, zəlzələ hətta Tiflisdə və bütün Gürcüstan ərazisində də hiss olunmuşdur. International Scientific Conference “Geophysical Processes in the Earth and its Envelopes” Proceedings. ISBN 978-9941-36-147-0. Tbilisi. Georgia. November 16-17. 2023. A new point of view at the destructive 1827 Tsaghkadzor Earthuquake. *Haroutiunian R.A., **Asatryan A.H., ***Nazaretyan S.N., *Egnatosyan N.M., *Avagyan A.V. *Institute of Geological Sciences NAS RA, Yerevan, Armenia. **Research Center for Cultural and Historical Heritage, Yerevan, Armena. *** Regional Suvey for Seismic Protection. Ministry of Internal Affairs of the Republic Armenia, Yerevan
-Arçut seysmoaktiv zonada –Pəmbək-Sevan qırılma xəttinin üzərində yerləşir. Bu baxımdan da burada tez-tez zəlzələlər baş verir.
-1826-1828-ci illərdə Qafqazda baş vermiş Rusiya-İran müharibəsi zamanı Arçut kəndi də müharibə zonasına aid olmuşdur. Ətrafında hərbi əməliyyatlar baş vermişdir. 1827-ci ildə rus qoşunları İ.F. Paskeviçin komandanlığı altında İrəvana və Qarsa hücum edərkən qoşunlar Arçut ətrafından da keçmişdir. Arçutun yerləşdiyi rayon Rusiyanın əlinə keçmişdir. 1828-ci il Türkmənçay müqaviləsinə görə Arçut da yerləşdiyi rayonla birikdə Rusiya imperiyasının tərkibinə daxil olmuşdur. Məlumdur ki, bu müqavilə ilə Cənubi Qafqazın Rusiyaya birləşdirilməsi yekunlaşmışdır.
-1828-ci ilin mart ayının 21-də I Nikolayın xüsusi fərmanı ilə “Erməni vilayəti” idarəsi yaradıldı. Vilayəti rəis idarə elədi. Vilayəti general-mayor knyaz A.Q. Çavçavadze (A. Qriboyedovun qayınatası) idarə etməyə başladı. O, Gürcüstan baş idarəsinin rəhbəri general İ. Paskeviçə tabe oldu. Vilayətin idarəçiliyi üç şəxsdən, məsləhətçidən (müşavirdən) ibarət idi: biri icra hakimiyyəti işlərini, digəri maliyyə-təsərrüfat işlərini, başqa birisi isə cinayət-məhkəmə işlərini həyata keçirirdi Попытки армян по созданию государства на азербайджанских землях (XVIII-XIX вв)www.1905.az
-10 aprel 1840-cı ildə “Zaqafqaziya əyalətinin idarə edilməsi haqqında Əsasnamə” (1840-cı ilin inzibati islahatını tənzim edən sənəd) ilə Aleksandropol qəzası yaradıldı. Gürcüstan-İmeretiya quberniyasının sərhəddində yerləşdi. 1846-cı ildə Tiflis quberniyasının, 1849-cu ildən isə İrəvan quberniyasının tərkibinə verildi. Qəzanın ərazisi başlıca olaraq Pəmbək-Şorayel nahiyyəsinin ərazisindən ibarət idi. 1924-cü ildə “Leninakan qəzası” adlanmağa başladı.
-1844-cü ildə Cənubi Qafqaz diyarının Baş idarəsi əvəzinə Qafqaz canişinliyi yaradıldı. Qraf Mixail Vorontsov Qafqaz canişini təyin olundu.
1804-1813 və 1826-1828-ci illər müharibələri zamanı Arçut strateji ərazidə yerləşdiyi üçün əhali hərbi əməliyyatlardan qaçaraq cənuba və ya dağlıq rayonlara yerləşmişdir.
-Belə hesab etmək olar ki, 1829-1830-cu illərdə Arçutun yerləşdiyi bölgədə mühüm demoqrafik dəyişiklik baş verib. Türkmənçay və Adrionopol sülh müqavilələrindən sonra İrandan və Osmanlı imperiyasından bölgəyə erməni ailələri köçürülüb.
-1831-ci ildə Arçut kəndinin əhalisi 137 nəfərdən ibarət olub. Əhalinin az olmasına 1827-ci il zəlzələsi də təsir göstərə bilərdi.
-Əvvəlki yazılarda da qeyd olunduğu kimi, 1880-сi ilin məlumatına görə Arçutda 40 həyət olub. 191 nəfər kişi, 166 nəfər qadın olmaqla, cəmi 357 nəfər əhali yaşayıb. Əhalinin tərkibi şiə məzhəbinə inananlar göstərilir. Qeyd: Saral əhalisinin çoxu sünni məzhəbli, Hallavar, Heydərli camaatı isə şiə məzhəbli qeyd edilir. Qeyd: qonşu Qursalı kəndinin əhalisi –254 nəfər kişi, 191 nəfər qadın (cəmi-445 nəfər) tatarlardan ibarətdir, şiə məzhəblidir. 62 həyət var; Saral kəndinin əhalisi- 277 nəfəri sünni kişi, 24 nəfəri şiə kişi; 224 nəfəri sünni qadın, 14 nəfəri sünni kişidən ( əhali cəmi 539 nəfər) ibarətdir. 57 sünni həyəti, 6 ədəd şiə həyəti var. Hamısı tatarlardır. Hallavar kəndinin əhalisinin 321 nəfəri kişi, 304 nəfəri qadınlardan ibarətdir. Cəmi 625 nəfər əhali yaşayır. Əhalisi şiə tatarlardan ibarətdir. Kənddə 72 ədəd həyət var. Heydərli kəndinin əhalisi-kişilər 89 nəfər, qadınlar 69 nəfərdir (əhali cəmi 158 nəfərdən ibarətdir). Əhalisi şiə tatarlardır. Kənddə 20 ədəd həyət var. «Сборникъ сведенiй о Кавказь. Том V. Списки населленныхъ местъ Кавказскаго края. Часть I» Тифлись 1880.
1910-cu ildə Arçut inzibati baxımından İrəvan quberniyasının Aleksandropol qəzasının Loru-Pəmbək sahəsində yerləşib. İdarəetmə tipi: kəndi seçilmiş kənd ağsaqqalı idarə edib və şəxs sakinlər tərəfindən üç il müddətinə seçilib. Seçilən şəxsin namizədliyi qəza (Aleksandropol qəzası) rəisliyi tərəfindən təsdiqlənib. Qeyd: Süni intellekt bu xülasəni verir.
Ardı var....
Elşən Misir oğlu Nəsibov (Elşən Ardıc)
siyasətşünas-alim, yazıçı-publisist,
“ARDIC” Hərəkatının təsisçisi, Qərbi Azərbaycan İcmasının üzvü
13 may 2026-cı il
Bakıvaxtı.az üçün
Bakı 




jpg-1778673648.jpg)


















