q
  • Bakı 19° C

    3.17 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı

İDMAN

13 May 2026 | 21:37

Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, təmsilçimiz K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxıb.

O, həlledici qarşılaşmada türkiyəli Yusuf Yünaçtıya məğlub olub. Bu, qitə birinciliyində İ.Xəlilovun ikinci gümüş medalı kimi tarixə düşüb.

Qeyd edək ki, daha əvvəl digər parataekvondoçumuz Sabir Zeynalov (58 kq) yarışda gümüş medala sahib çıxıb.


SON XƏBƏRLƏR