q
  • Bakı 22° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

"Bu kəmiyyət göstəricisi hər zaman keyfiyyətlə üst-üstə düşmür" - Rəşad Nəbiyev

CƏMİYYƏT

14 May 2026 | 10:28

Bu kəmiyyət göstəricisi hər zaman keyfiyyətlə üst-üstə düşmür - Rəşad Nəbiyev

Azərbaycanda IT, kibertəhlükəsizlik, süni intellekt və əlaqəli ixtisaslar üzrə təhsilin səviyyəsi, eləcə də işəgötürənlərin universitet məzunlarından gözləntiləri ilə bağlı geniş araşdırma aparılıb. Araşdırmanın nəticələrinə əsasən, hazırda ölkədə bu ixtisaslar üzrə hər il təxminən 4 min tələbə məzun olur. Lakin işəgötürənlərlə aparılan müzakirələr göstərir ki, bu kəmiyyət göstəricisi hər zaman keyfiyyətlə üst-üstə düşmür.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZCON Mühəndislik və Texnologiya Məktəbinin təqdimatına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, texnologiyalar sürətlə inkişaf edir və universitetlər sənaye müəssisələri və şirkətlərlə sıx əməkdaşlıq etmədən onların gözləntilərinə uyğun tələbə hazırlaya bilməz: “Bu məqsədlə Elm və Təhsil Nazirliyi ilə genişmiqyaslı proqram üzərində işlədik. Proqram məktəbdən universitetə, universitetdən isə iş həyatına qədər bütün mərhələləri əhatə edir.

Artıq proqramın icrasına başlamışıq. Bu ildən etibarən İspaniyanın “Indra” şirkəti ilə birlikdə kibertəhlükəsizlik, süni intellekt və data elmlərini əhatə edən “bootcamp” proqramına start vermişik. Digər tərəfdən, “PASHA Holding” və onun tərkibinə daxil olan şirkətlər tərəfindən qabaqcıl universitetlərin istedadlı tələbələrinin təcrübə keçməsi üçün şərait yaradılıb”.


SON XƏBƏRLƏR

13 May 2026