• Bakı 14° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

"Sabah" Azərbaycan Kubokunun qalibi oldu - YENİLƏNİB

İDMAN

13 May 2026 | 22:03 | Müəllif: Subhan Mahmudov

"Sabah" Azərbaycan Kubokunun qalibi oldu - YENİLƏNİB

"Sabah" 2025/2026 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, finalda "Zirə" ilə qarşılaşan "bayquşlar" 2:1 hesablı qələbəyə seviniblər.

Hərçənd ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv erkən qolla geriyə düşüblər. 4-cü dəqiqədə Eren Aydın "qartallar"ı hesabda irəli çıxarıb. İkinci hissədə toparlanan "Sabah" 70-ci dəqiqədə Patrik Mbinanın, 90+1-ci dəqiqədə Coy Lens Mikelsin qolu ilə qələbə qazanıblar.

Qeyd edək ki, bu, "Sabah"ın tarixində qazandığı ilk Azərbaycan Kuboku olub

 

***21:40

Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, "Palms Sports Arena"da keçirilirən "bayquşlar" hesaba tarazlıq gətiriblər - 1:1.

70-ci dəqiqədə Patrik Mbina dəqiq zərbə müəllifi olub.

 

***21:12

Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, "Palms Sports Arena"da keçirilirən qarşılaşmada "qartallar"ın 1:0 hesablı üstünlüyü davam edir.

Görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.

 

***20:48

Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, "qartallar" "Palms Sports Arena"dakı qarşılaşmada fasiləyə 1:0 hesbaı ilə öndə yollanıblar.

Qolu 4-cü dəqiqədə Eren Aydın vurub.

 

***20:06

Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, "Palms Sports Arena"da "qartallar" hesabda irəli çıxıblar.

4-cü dəqiqədə Eren Aydın fərqlənib.

XXX

20:00

Futbol üzrə Azərbaycan Kubokunda “Sabah” və “Zirə” komandaları arasında keçirilən final oyunu start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, saat 20:00-da “Palms Sports Arena”da gerçəkləşən həlledici görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.

Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurmaq istəyir. “Zirə” isə kuboka sahib çıxmaqla həm də Avropa Liqasına vəsiqə əldə etmək niyyətindədir.

Qeyd edək ki, ölkə kubokunun son qalibi “Sabah” komandasıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR