• Bakı 22° C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

DİN vətəndaşlara bank kartlarından oğurluq halları ilə bağlı xəbərdarlıq edib

HADİSƏ

04 Iyun 2025 | 13:44 | Müəllif: Əli Hüseynov

DİN vətəndaşlara bank kartlarından oğurluq halları ilə bağlı xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək onları bank kartları ilə bağlı dələduzluq hallarına qarşı diqqətli və ehtiyatlı olmağa çağırır.

Bu barədə Bakıvaxtı.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, iyunun 3-də DİN-ə daxil olan müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində məlum olub ki, ayrı-ayrı şəxslərin bank hesablarından 7000, 980, 660, 550, 400, 285, 150, 130, 100 və 28 manat məbləğində vəsait oğurlanıb.

Vətəndaşlara bir daha xatırladılır ki, bank kartlarının arxa hissəsində yerləşən CVV/CVC kodu, kartın istifadə müddəti, habelə SMS vasitəsilə göndərilən OTP (birdəfəlik şifrə) kimi məlumatlar tam məxfi saxlanmalıdır.

Bu məlumatların üçüncü şəxslərlə paylaşılması bank hesablarından pulun oğurlanmasına, həmçinin vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə səbəb ola bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR