• Bakı 22° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Oğuzda bəy toy günü qəzaya düşdü

HADİSƏ

04 Iyun 2025 | 14:07

Oğuzda bəy toy günü qəzaya düşdü

Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə Sincan-Xaçmaz avtomobil yolunda qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Emin Feyzullayevin idarə etdiyi “Hunday” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və 2 sərnişini yüngül xəsarət alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, qəza zamanı xəsarət alan 24 yaşlı Emin Feyzullayevin bugün toyudur. O, Xaçmaz kəndində ailə qız toyunda iştirak etməli idi.


SON XƏBƏRLƏR

05 Iyun 2025