• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Boşanmaq istəyən yoldaşının qulağını kəsən şəxs saxlanılıb

HADİSƏ

05 Aprel 2025 | 17:38 | Müəllif: Gülşən Şərif

Boşanmaq istəyən yoldaşının qulağını kəsən şəxs saxlanılıb

Bakıda boşanmaq istəyən yoldaşının bıçaqla qulağını kəsən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.

O, bildirib ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026