• Bakı 29° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Keçmiş məhkumdan heroin götürüldü

HADİSƏ

07 Mart 2025 | 09:52

Keçmiş məhkumdan heroin götürüldü

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər də məhkum olunmuş Ramin Şıxəliyev saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, adıçəkilən şəxsdən 1 kiloqrama yaxın heroin aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, R.Şıxəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.

    Bundan əlavə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini tapdığı 1 ədəd avtomat, 1 ədəd daraq və 29 ədəd patronu könüllü olaraq polisə təhvil verib. Bu istiqamətdə tədbirlər davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Iyul 2026