• Bakı 11° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Sürücüsü olmayan avtobus yoldan çıxıb bulvara girdi - VİDEO - YENİLƏNİB

HADİSƏ

07 Mart 2025 | 11:00

Sürücüsü olmayan avtobus yoldan çıxıb bulvara girdi - VİDEO - YENİLƏNİB

Martın 7-də Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus “Fidan” MMC-yə məxsusdur.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb. Qeyd edək ki, 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir", - AYNA-dan bildirilib.

***

10:12

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospektində baş verib.

Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli Bakıvaxtı.az-a bildirib ki, 10 HG-753 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobus yol kənarında parklanma vəziyyətində olarkən anidən hərəkət edib və yolun kənarında maneəyə çırpılıb.

Faktla bağlı araşdırılma aparılır.


SON XƏBƏRLƏR

14 Mart 2025