"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna Azərbaycan işarət dili anlayışı əlavə edilir.
Bakıvaxtı.az xəbər verir ki, bununla əlaqədar təklif olunan dəyişiklik Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, Azərbaycan işarət dili – eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsidir.
Dəyişiklik barədə danışan komitə üzvü, deputat Vüqar Bayramov bildirib ki, bu, tamamilə yeni mexanizmdir:
"Azərbaycan işarət dilinin tətbiqi beynəlxalq konvensiyalara uyğundur. İnkişaf etmiş ölkələrdə olduğu kimi, televiziya verilişlərində də işarət dilinin istifadəsi nəzərdə tutulur. Bu, əlilliyi olan şəxslərin məlumat əldə etməsinin asanlaşması, onların hüquqlarının təmin edilməsi baxımından vacib addımdır".