İş adamı İlon Maskın rəhbərlik etdiyi ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti (DOGE) USAID-in məxfi sənədlərinə çıxış əldə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadən məlumat yayıb.
"Maskın köməkçilərindən ibarət kiçik qrup Ronald Reyqan binasına gələrək agentliyin ofislərinə, o cümlədən məxfi məlumatların saxlanıldığı otağa girişin təmin edilməsini tələb edib", - mənbə bildirib.
Agentliyin ofisinə gəldikdən sonra qrupla binanın mühafizəçiləri arasında münaqişə yaranıb, onlar məxfi sənədlərin saxlanıldığı otağa girişə icazə vermək istəməyiblər. Qrup binanın bir neçə mərtəbəsini gəzərək bəzi kabinetləri yoxlaya bilib. Agentliyin məlumatına görə, gənclərdən biri Maska zəng edib və o, köməkçilərinin məxfi sənədlərə çıxış əldə etməyəcəyi halda binanın təhlükəsizlik işçilərini ABŞ marşal xidmətini cəlb etməklə hədələyib.
Nəticədə departament əməkdaşları "axtardıqları bəzi şeylərə" çıxış əldə ediblər.