• Bakı C

    9.5 m/s

  • USD - 1.7

    EUR - 1.7643

    RUB - 1.6887

Pentaqon ABŞ qoşunlarını Suriyadan çıxarmaq planı hazırlayır

DÜNYA

05 Fevral 2025 | 16:26

Pentaqon ABŞ qoşunlarını Suriyadan çıxarmaq planı hazırlayır

ABŞ prezidenti Donald Tramp Suriyadan ABŞ qoşunlarını çıxarmaq planı hazırlayır.

Bakıvaxtı.az NBC-yə istinadla xəbər verir ki, bu barədə Pentaqon nümayəndələri açıqlama verib.

Məlumata görə, bu istiqamətdə tədbirlərin görülməsi ABŞ-nin Müdafiə Nazirliyinə həvalə edilib.

Rəsmilər qeyd ediblər ki, ABŞ prezidenti Tramp və ona yaxın məmurlar son vaxtlar ABŞ qoşunlarının Suriyadan çıxarılmasında maraqlıdırlar. 

Bununla əlaqədar olaraq, Pentaqon rəsmilərinin ABŞ qoşunlarının 30, 60 və ya 90 gün ərzində Suriyadan tamamilə çıxarılması üçün planlar qurmağa başladığı bildirilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR