"Son vaxtlar qəribə görüntülər görürəm”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Moskvada yaşayan azərbaycanlı Kliniki psixoloq, məşhur ekstrasens Zirəddin Rzayev deyib.
Ekstrasens əmindir ki, Qərb Günəşə nüvə silahı ilə müdaxilə edib:
“Bilmirəm, niyə bunu etdilər və bəlkə də bunun kəşfiyyat və ya elmi mahiyyəti var. Bircə onu bilirəm ki, Qərb Günəşə nüvə zərbəsi endirib və bu, yaxşı nəticələrə gətirib çıxarmayacaq".
Müsahibimiz bu proqnozu 2024-cü ilin 4 iyununda söylədiyini və tənqidlərə səbəb olduğunu bildirib. Z.Rzayev nəzərə çatdırıb ki, hər zaman proqnoz paylaşanda onu şəkil formasında yazır. İzah edib ki, proqnoz şəklin altından yazıldıqda sonradan cümlələrə düzəlişlər vermək olur. Amma şəkli dəyişmək olmur. Onun sözlərinə görə, proqnozları şəkil formasında yazmaqda da məqsəd məhz insanlarda zərrə qədər də olsa şübhə qalmamasına nail olmaqdır:
“Bu proqnozum gülüşə, mənim əleyhimə müəyyən qədər tənqidlərə səbəb oldu. Dedilər ki, Günəşə neçə milyon il getmək lazımdır, oraya çatmaq mümkün deyil. Ancaq mənim verdiyim proqnozdan bir neçə ay sonra bütün dünya mətbuatı yazdı ki, “NASA Günəşə toxundu”. Təsəvvür edin ki, mən deyəndən neçə ay sonra nə qədər sayt yazdı bunu”.
Həmsöhbətimiz qeyd edib ki, NASA aparat göndərib və Günəşin plazma sistemini keçərək Günəşə toxunub:
“Mənim aylar öncə dediyimi NASA sübut etdi ki, Günəşə çatıblar, onu araşdırıblar. Amma mən demişdim ki, Günəşə nüvə müdaxiləsi olub. Mən demədim Günəşi partladıblar. Amma Günəşə müdaxilə edildiyini və bunun xoş nəticələr verməyəcəyini dedim. Mənim bu dediyim öz əksini tapdı”.
Mina Mikayılova