• Bakı C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.7643

    RUB - 1.6887

Azərbaycan millisinin rəqibi Şimali İrlandiya ilə qarşılaşacaq

İDMAN

05 Fevral 2025 | 22:00

Azərbaycan millisinin rəqibi Şimali İrlandiya ilə qarşılaşacaq

2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunda Azərbaycanın rəqibi olan İslandiya millisi iyunda keçirəcəkləri yoldaşlıq oyunu üçün ikinci rəqibini müəyyən edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İslandiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Onlar Şimali İrlandiyaya qarşı oynayacaqlar. Matç iyunun 10-da Belfastda baş tutacaq. Sözügedən ölkələr tarixdə 6 dəfə qarşılaşsalar da, bunun tərəflər arasında ilk yoldaşlıq görüşünün olacağı qeyd olunur. 

Xatırladaq ki, daha öncə İslandiyanın iyunun 6-da Şotlandiya ilə qarşılaşacağı bəlli olub.

Qeyd edək ki, Azərbaycan - İslandiya matçları sentyabrın 5-də və noyabrın 13-də baş tutacaq.


SON XƏBƏRLƏR

05 Fevral 2025