• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xəzərdə suitilərin kütləvi ölümünün səbəbi bilindi

CƏMİYYƏT

07 Yanvar 2025 | 00:17 | Müəllif: Subhan Mahmudov

Xəzərdə suitilərin kütləvi ölümünün səbəbi bilindi

Qazaxıstanın Manqistau vilayətində, Xəzər dənizi sahilində suitilərin ölümünün səbəbi virus neyroinfeksiyası olub.

Bakıvaxtı.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə Mikrobiologiya və Virusologiya Elmi Mərkəzinin laboratoriya müdiri Aydın Kıdırmanov bildirib.

Mütəxəssislərin apardığı molekulyar-genetik analiz suitilərin beyin və ağciyər toxumalarında yeni virus xəstəliyinin olduğunu göstərib.

"Heyvanların beynində virusun aşkar edilməsi bunun xəstəliyin yeganə səbəbi olduğunu sübut edir", - deyə A.Kıdırmanov bildirib.

Onun sözlərinə görə, bu virus infeksiyası immun çatışmazlığı fonunda inkişaf edir və kifayət qədər öyrənilməmiş xəstəlikdir.

2024-cü ilin oktyabr-noyabr aylarında Qazaxıstanın Manqistau vilayətinin Tupkaraqan və Karakiyan rayonlarının sahillərində təxminən 2 min ölü suiti aşkar edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026