Ötən il Türkiyə daxilində 3 milyon 65 min 872 daşınmaz əmlak satılıb.
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, 2024-cü ildə Türkiyə daxilində qeydiyyat idarələrində aparılan əməliyyatların sayı 18 milyon 726 min 979 olub.
Məlumata görə, ötən il torpaq reyestrində aparılan əməliyyatların 3 milyon 65 872-si daşınmaz əmlakın alqı-satqısı olduğu halda, 1 milyon 354 035-i ipoteka olub.
Ən yüksək satış həcmi və ödəniş gəlirlərində İstanbul əsas yeri tutub. Növbəti yerdə isə Ankara olub.
Gülşən Şərif