ABŞ-ın paytaxtı Vaşinqton ətrafında və orta Atlantik bölgəsində yağan güclü qar yüzlərlə qəzaya və uçuşların ləğvinə səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, qarın hündürlüyü 13 santimetrə çatıb. Sinoptiklər bunu son iki ilin ən güclü qarı kimi qeydə alıblar.
Hava durumu ilə əlaqədar Vaşinqtonda federal hökumət dairələri, o cümlədən məktəblər bağlanıb. Bu bağlanma yalnız 2024-cü il prezident seçkilərinin nəticələrinin sertifikatlaşdırılmasının keçirildiyi Konqresin işinə təsir etməyib.
Həftə sonu ABŞ-ın mərkəzində baş vermiş güclü qasırğa səbəbindən Missuridən Virciniyaya qədər 310 mindən çox abonent elektrik enerjisiz qalıb. Bazar günü bölgədə baş verən qəzalar nəticəsində 3 nəfər həyatını itirib.
Bazar ertəsi səhər saat 7-dən etibarən (Bakı vaxtilə saat 16:00) 1300-dən çox daxili və xarici uçuş ləğv edilib. Ötən gün baş vermiş qasırğa səbəbindən ləğv olunmuş uçuşların sayı 1800-dən çox olub.