• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pem Bondi ABŞ ədliyyə naziri kimi and içib

DÜNYA

05 Fevral 2025 | 22:34 | Müəllif: Subhan Mahmudov

Pem Bondi ABŞ ədliyyə naziri kimi and içib

ABŞ Ali Məhkəməsinin üzvü Klarens Tomas Pem Bondini ölkənin yeni ədliyyə naziri - baş prokuror kimi and içdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.

Mərasim ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evin Oval kabinetində keçirilib.

"Düşünürəm ki, o, mümkün qədər qərəzsiz olacaq", - Amerika lideri vurğulayıb.

Xatırladaq ki, Senat fevralın 4-də Bondini yeni ədliyyə naziri kimi təsdiqləyib. Tramp keçmiş konqresmen Mett Qets bu vəzifə uğrunda mübarizədən imtina etdikdən sonra Bondinin namizədliyini irəli sürüb. Bondi Florida və Stetson universitetlərində təhsil alıb. O, Florida ştatının baş prokuroru vəzifəsində çalışan ilk qadın olub və bu vəzifəni 2011-2019-cu illər arasında tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026