• Bakı C

    11.58 m/s

  • USD - 1.7

    EUR - 1.7643

    RUB - 1.6887

"Əsrin fəlakəti"ndən 2 İL ÖTÜR

DÜNYA

06 Fevral 2025 | 00:05

Əsrin fəlakətindən 2 İL ÖTÜR

Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən iki il ötür.

Bakıvaxtı.az xatırladır ki, 2023-cü il fevralın 6-da ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.

Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb.

Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 537 nəfər həlak olub, 107 213 nəfər isə müxtəlif xəsarətlər alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb. Bunlardan 26 minində axtarış-xilasetmə işləri aparılıb. Ölənlər arasında 4 azərbaycanlı tələbə də var idi.


SON XƏBƏRLƏR

05 Fevral 2025