"Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edəcək".
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
Onun sözlərinə görə, sazişin mühüm hissəsi ticarət, iqtisadiyyat və enerji məsələləridir:
"İran və Rusiya arasında əməkdaşlıq sazişinin müxtəlif aspektləri var. Onun mühüm hissəsi ticarət, iqtisadiyyat, enerji, eləcə də müdafiə və təhlükəsizlik məsələləridir. Bu saziş mövcud sazişi münasibətlər və prinsiplər əsasında yeniləyəcək və tamamlayacaq".
Gülşən Şərif