• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yens Stoltenberq Norveçin maliyyə naziri təyin edildi

İQTİSADİYYAT

05 Fevral 2025 | 04:00 | Müəllif: Gülşən Şərif

Yens Stoltenberq Norveçin maliyyə naziri təyin edildi

NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq, Norveçin Baş naziri Yonas Qar Störenin yeni hökumətində maliyyə naziri vəzifəsinə təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu təyinat gözlənilməz olub və Mərkəzi Partiyanın hakim koalisiyadan ayrılması nəticəsində yaranan siyasi böhran fonunda baş verib.

Böhran, Avropa İttifaqının qəbul etdiyi 4-cü enerji paketi ilə bağlı yaranan fikir ayrılıqları səbəbindən baş verib. Nəticədə, maliyyə naziri Trüqve Slaqsvold Vedum, müdafiə naziri Byörn Aril Qram və ədliyyə naziri Emili Enqer Mel də daxil olmaqla əsas nazirlər istefa veriblər.

Yonas Qar Störe təcili olaraq yeni hökuməti formalaşdırıb. Əsas dəyişikliklərdən biri, Tore Onşus Sandvikin müdafiə naziri vəzifəsinə təyin edilməsidir.

Beləliklə, İşçi Partiyası azlıq hökumət statusunda hakimiyyətdə qalır, bu isə onun mövqeyini zəiflədir və qərarların qəbul edilməsi prosesini çətinləşdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026