• Bakı 11° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Azərbaycanda 136 min manatlıq lizinq şirkəti BAĞLANIR

İQTİSADİYYAT

06 Mart 2025 | 21:22

Azərbaycanda 136 min manatlıq lizinq şirkəti BAĞLANIR

"SOA Leasing" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunur.

Bakıvaxtı.az-ın Trend-ə məlumata görə, bu barədə şirkət özü elan edib.

MMC-nin hansı səbəbdən bu qərarı qəbul etməsi açıqlanmayıb.

Yalnız bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən MMC 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 136 min manat olan şirkətin qanuni təmsilçisi Alıyev Ruslan Nizami oğludur.


SON XƏBƏRLƏR

14 Mart 2025