• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanın Türkiyədən aldığı tütün azalıb

İQTİSADİYYAT

05 Aprel 2025 | 16:10 | Müəllif: Gülşən Şərif

Azərbaycanın Türkiyədən aldığı tütün azalıb

Azərbaycan Türkiyədən tütün alışına xərclədiyi pulu kəskin azaldıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin açıqladığı statistikaya görə, bu ilin martında Azərbaycan Türkiyədən tütün alışına 17.92 min dollar xərcləyib.

Bu, ötən ilin mart ayı ilə müqayisədə 99,6 faiz azalma deməkdir. Ötən ilin martında 4 milyon 156,71 min dollar dəyərində tütün idxal edilmişdi.

İlin birinci rübündə isə azalma ötən ilin müvafiq dövrü ilə müqayisədə 91,9 faiz olub. Belə ki, ötən ilin birinci rübündə 8 milyon 135.09 min dollar dəyərində, bu ilin birinci rübündə isə 661.51 min dollar dəyərində tütün idxal edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026