Bu ilin yanvar-mart aylarında Azərbaycanda 41,3 min ton polietilen istehsal edilib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 % çoxdur.
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda 15,5 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 121,7 min ton polietilen istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 25,2 % azdır.