• Bakı 22° C

    12.36 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Azərbaycan ADB ilə yeni Ölkə Tərəfdaşlığı Strategiyasını müzakirə edib

İQTİSADİYYAT

02 Iyun 2025 | 15:07

Azərbaycan ADB ilə yeni Ölkə Tərəfdaşlığı Strategiyasını müzakirə edib

Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) arasında 2025–2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlığı Strategiyası layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu gün nazir Sahil Babayev ADB-nin Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yinqminq Yanqın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan ilə AİB arasında uzunmüddətli əməkdaşlıq və bank tərəfindən ölkəmizin inkişaf hədəflərinə verilən davamlı dəstək yüksək qiymətləndirilib, bu əməkdaşlığın səmərəli şəkildə əlaqələndirilməsində və milli prioritetlərin müəyyənləşdirilməsində AİB-nin Bakı nümayəndəliyinin rolu qeyd olunub.

Görüşdə həmçinin Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafı, Bakı metrosunun genişləndirilməsi, içməli su təchizatının yaxşılaşdırılması, su itkilərinin azaldılması və tullantı sularının idarə olunması, bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları, eləcə də Şimal-Cənub və Orta Dəhliz nəqliyyat dəhlizləri boyunca logistika və nəqliyyat infrastrukturunun modernləşdirilməsi məsələləri diqqət mərkəzində olub.

Y.Yanq Azərbaycanın ADB-nin yoxsulluğun azaldılması və həyat keyfiyyətinin artırılması məqsədilə əsasən aşağı gəlirli üzv ölkələrə maliyyə yardımı göstərən Asiya İnkişaf Fonduna (AİF) verdiyi dəstəyi yüksək qiymətləndirib.

Nazir “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya uyğun olaraq dövlət borcunun idarə olunmasında dayanıqlılığın təmin edilməsi və iqtisadi sabitliyin qorunması istiqamətində həyata keçirilən tədbirlər, habelə bugünlərdə Prezident İlham Əliyevim imzaladığı "2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması istiqamətində görüləcək tədbirlər barədə qonağı məlumatlandırıb, işğaldan azad edilən ərazilərdə məşğulluğun inkişafında AİB-nin mühüm rol oynaya biləcəyini qeyd edib.


SON XƏBƏRLƏR

03 Iyun 2025