• Bakı 27° C

    10.97 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Bakıda yeni hava limanı bu tarixdə açılacaq

İQTİSADİYYAT

02 Iyul 2025 | 14:45

Bakıda yeni hava limanı bu tarixdə açılacaq

Ələt Azad İqtisadi Zonasında multimodal karqo hava limanının inşası ilə bağlı investorlarla razılaşmışıq. Bu layihənin icrasına artıq başlanılıb və 2026-cı ildə fəaliyyətə başlaması gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədr müavini İsmayıl Manafov Şuşada keçirilən 6-cı ECO biznes-forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hava limanı illik 500 min ton yükaşırma potensialına malikdir və rəqəm 2 milyon tona qədər artacaq.

“Əsas məqsəd investorları cəlb etmək və ixracı inkişaf etdirməkdir. Ələt İqtisadi Zonasında bu il iki fabrik açacağıq. On şirkət artıq qeydiyyatdan keçməkdədir”, - deyə İsmayıl Manafov qeyd edib.


SON XƏBƏRLƏR

02 Iyul 2025