Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran "Bahar" lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tirajın nəticələrinə əsasən 100 iştirakçı qalib adını qazanıb. Qaliblər ötən həftə keçirilən tədbirdə hədiyyələrini əldə edib, həmçinin öz təəssüratlarını iştirakçılarla bölüşüblər.
Lotereyanın superprizi olan "Toyota Corolla" avtomobilini qazanan Murad bəy hələ də hadisənin çaşqınlığından çıxa bilmədiyini vurğulayıb. “Qalib olmaq üçün xüsusi heç nə etməmişəm. Sadəcə gündəlik alış-verişlərimi "Birbank" tətbiqi vasitəsilə sifariş etdiyim "Birbank Star" kartı ilə edirdim, avtomobil qazanacağımı isə heç vaxt düşünməzdim. Əsas hədiyyəni qazandığımı eşitdiyim an mənim üçün sözün əsl mənasında unudulmaz oldu. Birbank-a müştərilər üçün belə bir imkanı yaratdığı üçün təşəkkür edirəm”.
“Kontakt Home”dan hədiyyə kuponu qazanan Sevinc xanım qaliblər arasında olduğunu öyrənəndə çox təəccübləndiyini və sevindiyini bildirib: “Çox sevincliyəm. Məncə bu cür aksiyalar müştəriləri motivasiya etməklə yanaşı, gündəlik bank xidmətlərindən istifadəyə də əlavə maraq yaradır”.
“iPhone 16 Pro” qazanan Natavan xanım isə lotereyada hədiyyə qazanacağını heç vaxt düşünmədiyini qeyd edib: “Birbank" tətbiqindən adi qaydada, demək olar ki hər gün istifadə edirəm. Kampaniya dövründə onlayn şəkildə kredit əldə etdim, bir müddət sonra isə qalib olduğumu öyrəndim. Mənim üçün çox gözlənilməz oldu. Belə lotereyaları tez-tez edin ki, hamı faydalansın”.
"Bahar" lotereyasında 45 nəfər “Bravo” marketdən 50 manatlıq kupon, 25 nəfər “Kontakt Home”dan 200 manat dəyərində hədiyyə kartı, 15 nəfər “PAŞA Travel”dan 500 manatlıq ölkədaxili səyahət paketi qazanıb. Əlavə olaraq, 10 nəfər “Apple Watch Series 8”, 4 nəfər “iPhone 16 Pro”, 1 nəfər isə lotereyanın superprizi olan “Toyota Corolla” avtomobilinə sahib olub. Lotereyanın şərtlərinə əsasən "Birbank" tətbiqindən və yaxud birbank.az, kapitalbank.az saytlarından nağd pul krediti, "Birbank Star" kredit kartı və ya istənilən "Birbank" taksit kartı, eləcə də "m10" tətbiqindən nağd pul krediti, "Birmarket"dən (Red: "Umico" 1 iyul 2025-c il tarixindən etibarən fəaliyyətini "Birmarket" olaraq davam etdirir) kredit əldə edən, həmçinin əldə etdiyi "Birbank Star" kredit kartı və istənilən "Birbank" taksit kartı ilə Birmarket.az-dan alış-veriş edən minlərlə müştəri iştirak şansı qazanırdı.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Kapital Bank" ASC-nin əmtəə nişanı olan "Birbank" 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin I bankı "Kapital Bank" adı altında müştərilərinə xidmət göstərib və "PAŞA Holdinq" MMC-yə daxildir. "Kapital Bank" isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.