• Bakı 27° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Azərbaycan banklarının I rübdəki fəaliyyətinin nəticələri müzakirə olunub

İQTİSADİYYAT

05 May 2025 | 14:52

Azərbaycan banklarının I rübdəki fəaliyyətinin nəticələri müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb.

Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, görüşdə bu ilin I rübü üzrə bank sektorunun fəaliyyət nəticələri, üzləşdiyi çağırışlar, ümumilikdə sektorun davamlı inkişafına dair prioritetlər müzakirə olunub, həmçinin qlobal makroiqtisadi vəziyyət, eləcə də bank sektorunda risk əsaslı tənzimləmə və nəzarətin gücləndirilməsi barədə hədəflər və planlar ətrafında fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

06 Iyul 2025