• Bakı 14° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Azərbaycan və Belarus traktor tədarükü ilə bağlı Memorandum imzaladı

İQTİSADİYYAT

05 May 2025 | 15:25

Azərbaycan və Belarus traktor tədarükü ilə bağlı Memorandum imzaladı

Mayın 5-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında geniştərkibli görüş çərçivəsində traktor texnikasının tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandum imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, Gəncə Avtomobil Zavodu və Minsk Traktor Zavodu arasında traktor texnikasının tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandumu Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının rəhbəri Xanlar Fətiyev və Minsk Traktor Zavodunun baş direktoru Sergey Avramenko imzalayıblar.

Bununla yanaşı, Gəncə Avtomobil Zavodu və Minsk Avtomobil Zavodu arasında kommunal maşınların komplektlərinin tədarükünə dair Müqavilə imzalanıb. Sənədi Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının rəhbəri Xanlar Fətiyev və Minsk Avtomobil Zavodunun baş direktoru Valeri İvankoviç imzalayıblar.


SON XƏBƏRLƏR