• Bakı 22° C

    9.22 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

ASCO-nun “Sərsəng” yedək gəmisi istismara verilib

İQTİSADİYYAT

04 Iyun 2025 | 10:37

ASCO-nun “Sərsəng” yedək gəmisi istismara verilib

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa edilmiş “Sərsəng” yedək gəmisi istismara verilib.

Bakıvaxtı.az ASCO-ya istinadən xəbər verir ki, Gəmi Xəzər Dəniz Neft Donanmasının balansına qəbul edilib.

Bu gəminin uzunluğu 24,72, eni 6,60, bortunun hündürlüyü 3, suya oturumu isə 1,6 metrdir. Maksimum 9 uzel sürətlə hərəkət edəcək gəmi göyərtəsində 3 tonadək yükdaşıma qabiliyyətinə malikdir.

“Sərsəng” ZGTTZ-də tikilmiş sayca altıncı gəmidir. Bundan öncə “ASCO 1” “Tərtərçay”, "Həkəriçay", “Bərgüşadçay” və “Azıx” adlı eyni tipli gəmilər inşa olunaraq təhvil verilib.

Beynəlxalq standartların tələblərinə cavab verən sözügedən gəmilərin layihələndirilməsini “ASCO Mühəndislik” MMC-nin əməkdaşları yerinə yetiriblər.

Bu gəmilər liman akvatoriyasında, reyd zonalarında və sahildən 20 dəniz mili məsafəyədək ərazilərdə yedəkləmə və manevr əməliyyatlarının yerinə yetirilməsi, eyni zamanda gəmi heyəti və digər personalın daşınması, müxtəlif göyərtə yüklərinin nəqli üçün nəzərdə tutulub.

Xatırladaq ki, ZGTTZ-də peşəkar gəmi təmiri və dəniz mühəndisliyi xidmətləri ilə yanaşı, 2017-ci ildən müvafiq sertifikatlaşdırma əsasında gəmilərin tikintisi də həyata keçirilir.


SON XƏBƏRLƏR

05 Iyun 2025