• Bakı 23° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

“Abşeron” yatağında yeni qaz emalı zavodu inşa ediləcək

İQTİSADİYYAT

03 Iyun 2025 | 13:10

“Abşeron” yatağında yeni qaz emalı zavodu inşa ediləcək

“Abşeron” yatağında yeni qaz emalı zavodu inşa ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Bakı Enerji Forumu"nda çıxışı zamanı Total Energies şirkətinin Avropanın kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jean-Luc Guiziou deyib.
O bildirib ki, yeni zavod “onshore” formatında olacaq, yəni quruda yerləşəcək: "Bu zavodun Abşeron layihəsinin növbəti mərhələsində reallaşdırılması planlaşdırılır. Zavodun layihələndirilməsində əsas məqsəd – sistemin mümkün qədər sadə, səmərəli və kiçik sahədə qurulmasıdır. Total Energies bu yanaşmanı daha öncə İraqda uğurla tətbiq etdi və Azərbaycan üçün də eyni model faydalı olacaq”.

    Qeyd edilib ki, layihə karbon izini azaltmağa da xidmət edəcək.

    Şirkətin baş vitse-prezidenti qaz emalı zavodunun həm texniki, həm də ekoloji baxımdan müasir standartlara cavab verməsinin hədəfləndiyini qeyd edib. Şirkət artıq bu istiqamətdə planlaşdırma və texnoloji hazırlıq işlərinə başladığını bildirib.


    SON XƏBƏRLƏR

    04 Iyun 2025