• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bir ayda Bakıda banklara 130 milyon manata yaxın əmanət qoyulub

İQTİSADİYYAT

05 Aprel 2025 | 14:17 | Müəllif: Gülşən Şərif

Bir ayda Bakıda banklara 130 milyon manata yaxın əmanət qoyulub

Cari ilin fevralın sonuna olan məlumata görə, Bakı iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 13,1 milyard manat olub.

Bakıvaxtı.az bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici yanvar ayının sonu ilə müqayisədə 128 milyon manat və ya 1% çoxdur.

Belə ki, yanvarın sonunda Bakı iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 13 milyard manat idi.

Qeyd edək ki, bu ilin fevralın sonuna Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14,835 milyard manat təşkil edib ki, bu da, əvvəlki ayla müqayisədə 137 milyon manat, yaxud da 0,93% çoxdur. Fevralın sonunda Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14,7 milyard manat idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026