Mülki Müdafiə qrupları və Hələb polis qüvvələri Hələbin Nakkarin kəndində yeni kütləvi məzarlıq aşkarlayıb.
Bakıvaxtı.az "SANA"ya istinadən xəbər verir ki, Əsəd rejiminin devrilməsindən sonra ölkə daxilində aparılan axtarış və yoxlama tədbirləri zamanı kütləvi məzarların üstü açılmağa davam edir.
Belə ki, Suriyanın Hələb vilayətinin Nakkarin kəndində devrilmiş lider Bəşər Əsəd rejimi tərəfindən öldürülən mülki şəxslərə aid olduğu güman edilən qalıqların olduğu kütləvi məzarlıq tapılıb.
Suriyada hələ aşkar edilməmiş çoxlu kütləvi məzarlıqların olduğu düşünülür.
Gülşən Şərif