• Bakı C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

20 media subyektində ödənişli təşviqat aparmaq mümkün olacaq

SİYASƏT

06 Yanvar 2025 | 16:33

20 media subyektində ödənişli təşviqat aparmaq mümkün olacaq

Ödənişli təşviqatla bağlı Mərkəzi Seçki Komissiyası (MSK) bütün media subyektlərinə qanunvericilikdə nəzərdə tutulmuş vaxtda müraciət ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

    Rövzət Qasımov bildirib ki, bələdiyyə seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulmaqla bağlı 20 media qurumu MSK-ya müraciət edib: “Bu müraciətlərin hamısı təmin edilib, onların müvafiq təklif və məlumatları təşviqat subyektlərinin tanış olması üçün MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib”.

    MSK sədrinin müavini qeyd edib ki, təşviqatla əlaqədar açıq və qapalı olmaqla, ümumilikdə 5912 görüş yeri də namizədlər üçün müəyyən edilib: “Qanunvericilikdə qadağn olmayan digər yerlərdə də namizədlər təşviqat apara bilərlər”.


    SON XƏBƏRLƏR

    07 Yanvar 2025