• Bakı C

    6.15 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

Yaponiya və Amerika şirkətləri Baydenə qarşı məhkəmə iddiası qaldırır

DÜNYA

06 Yanvar 2025 | 17:29

Yaponiya və Amerika şirkətləri Baydenə qarşı məhkəmə iddiası qaldırır

Yaponiyanın polad şirkəti "Nippon Steel" və Amerikanın "US Steel" korporasiyası ABŞ prezidenti Co Bayden və onun administrasiyasına qarşı məhkəməyə müraciət ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Məlumata görə, buna səbəb Baydenin iki şirkət arasındakı sövdələşməni əngəlləməsi olub.

İddialar Kolumbiya Dairə Apellyasiya Məhkəməsinə və Pensilvaniya Dairə Məhkəməsinə verilib.

Şirkətlər hesab edirlər ki, Baydenin Yaponiyanın "Nippon Steel" şirkətinin "US Steel"i almasına mane olmaq qərarı qanunsuz siyasi müdaxilədir.

Qeyd olunur ki, bu, Yaponiyanın böyük korporasiyasından ABŞ prezidentinə qarşı ilk belə iddiadır.

Mina Mikayılova


SON XƏBƏRLƏR

07 Yanvar 2025