• Bakı C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

ABŞ Rusiyanın "kölgə donanması"na qarşı hərəkətə keçir

DÜNYA

06 Yanvar 2025 | 22:11

ABŞ Rusiyanın kölgə donanmasına qarşı hərəkətə keçir

ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər görməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, sanksiyaların tətbiq edilməsində məqsəd Rusiyanın neft gəlirlərinin qarşısını almaqdır. Xüsusilə, Rusiya neftini daşıyan tankerlərə qarşı əlavə sanksiyaların tətbiqi planlaşdırılır.

Agentlik bildirir ki, Bayden Trampın andiçmə mərasimindən əvvəl bu paketi təqdim etmək üçün vaxt qazanmaq istəyir, çünki ABŞ-ın yeni prezidentinin Rusiyaya qarşı sanksiyalara yanaşmasının necə olacağı bəlli deyil.

“Məhdudiyyətlərdən yan keçmək üçün Rusiya xarici bayraqlar altında üzən tankerlərdən ibarət “kölgə donanması” adlanan donanmadan istifadə edir”, - agentlik vurğulayıb.

Qeyd edək ki, G7 ölkələri, Avropa Birliyi və Avstraliya 2022-ci ilin sonunda Rusiya neftinin bir barreli üçün 60 dollar qiymət tavanı tətbiq edərək, Qərb şirkətlərinə Rusiya neftinin tədarükünü müəyyən edilmiş həddə bərabər və ya ondan artıq qiymətə daşımaq, sığortalamaq və maliyyələşdirməyi qadağan edib./axar.az


SON XƏBƏRLƏR

07 Yanvar 2025