Almaniyada 2024-cü ildə törədilən ifrat sağçı cinayətlərin əvvəlki illərlə müqayisədə artdığı bildirilib.
Bakıvaxtı.az RND-yə istinadla xəbər verir ki, Sol Partiyanın parlament sorğusuna əsaslanaraq, polis 2024-cü ilin əvvəlindən noyabrın 30-na qədər 33 min 963 ifrat sağçı cinayət aşkar edib.
Belə ki, Almaniyanın Federal Kriminal Polis İdarəsi 2023-cü ildə ümumilikdə 28 945 ifrat sağçı cinayəti qeydə alıb. Bildirilib ki, 2024-cü ildə cinayətlərin sayı əvvəlki illərə nisbətən 17,34 faiz artıb.
Aşkar edilmiş 33 min 963 cinayətdən 1136-sı zorakılıq aktı kimi qeydə alınıb.
Qanuna zidd davranışlardan 21 min 311-i təbliğat, 5 min 97-si ictimai təxribat, qalanları isə mülkiyyətə ziyan vurma kimi müxtəlif cinayətlər olub.
Əli Hüseynov