• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Belarus Zelenskinin Lukaşenkoyla bağlı dediklərini təkzib edib

DÜNYA

06 Yanvar 2025 | 18:15 | Müəllif: Gülşən Şərif

Belarus Zelenskinin Lukaşenkoyla bağlı dediklərini təkzib edib

"Dövlət başçısı Aleksandr Lukaşenko Şimal Hərbi Dairəsinin ilk günlərində Vladimir Zelenskidən üzr istəməyib".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont deyib.

O, bildirib ki, Lukaşenko və Zelenski Şimal Hərbi Dairəsinin ilk günlərində telefonla danışıblar və söhbətin özü Belarus prezidentinin kiçik oğlunun sayəsində baş tutub. 

"Belarus prezidenti Zelenskidən heç bir üzr istəmədi. Ona görə ki, üzr istəməyə heç bir şeyimiz yoxdur. Əksinə prezidentimiz münaqişənin Ukrayna ərazisində alovlandığını və Zelenskinin buna görə zaman keçdikcə cavab verməli olduğunu qeyd edib".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026