Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Yardımlı stansiyasından 17 km şimalda, Azərbaycanla-İran sərhəddində (İran ərazisində) zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, zəlzələ Yardımlı, Cəlilabad rayonlarında 3 baldan artıq hiss olunub.
*** 23:45
Azərbaycan-İran sərhədində zəlzələ qeydə alınıb.
Bu barədə Bakıvaxtı.az-a Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd olunub ki, zəlzələ 3,6 bal gücündə qeydə alınıb. Yeraltı təkanların dərinliyi 22 km olub.
*** 23:41
Cəlilabad rayonunda zəlzələ hiss olunub.
Bakıvaxtı.az-ın məlumatına görə, yeraltı təkanlar 23:23-də qeydə alınıb.