Belçikanın baş naziri Aleksandr De Kroonun rəsmi iqamətgahına girməyə cəhd edən bıçaqlı hücumçu yaxalanıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Belə ki, De Kroo "X" hesabında verdiyi açıqlamada bıçaqlı bir şəxsin baş nazirin iqamətgahına girməyə cəhd etdiyini və polisin təsirli müdaxiləsi nəticəsində yaxalandığını açıqlayıb.
Xəsarət alan olmadığını deyən De Kroo hadisənin araşdırıldığını bildirib.
Qeyd edək ki, iyunun 9-da Belçikada keçirilən ümumi seçkilərdən sonra seçkidə məğlub olan və istefa verən De Kroo yeni hökumət qurulana qədər bu vəzifəni davam etdirəcək.
Əli Hüseynov